Millimiz Estoniyada 2 “qırmızı”, 3 qol gördü

Millimiz Estoniyada 2 “qırmızı”, 3 qol gördü

17 yaşadək futbolçulardan ibarət milli komandamız ikinci yoldaşlıq oyununu keçirib. Fanat.az xəbər verir ki, millimiz ardıcıl ikinci dəfə estoniyalı həmkaşıdları ilə qarşılaşıb.

Nikolay Adamın başçılıq etdiyi komandamız 0:3 hesabı ilə yenilib. Estoniyanın heyətində Eduard Qolovlyov dubl edib, Randin Rande bir qol vurub. Millimizdən Emin Zamanov və Roman Hüseynov qırmızı vərəqə alıb.

Qeyd edək ki, yığmamız bundan əvvəlki oyunda Estoniyaya 263 hesabı ilə yenilmişdi. Komandamız avqustun 19-dan 26-dək Litvanın Palanqa şəhərində təşkil olunacaq ənənəvi beynəlxalq turnirdə iştirak edəcək.

Estoniya – Azərğaycan 3:0Qollar: Eduard Qolovlyov, 34; 46. Randin Rande, 78.Azərbaycan: 1. Ağaseyid Qasımov, 3. Elməddin Məmmədov, 5. Renat Ağaverdiyev, 6. Emin Zamanov, 7. Roman Hüseynov, 8. Farid Əsadli (2. Sahil Mirzayev, 41//17.Farid Kərimzadə, 69), 9. Şahban Cəbrayılov, 10. Elnur Cəfərov (19. Benhur Kama, 74), 11. Umar Akmurzayev (21. Ozan Altın, 46), 24. Yusif Nəbiyev, 27. Bəhlul Mustafazadə.Ehtiyat oyunçular: 12. İslamxan Hacıyasulov, 14. Emil Həsənzadə, 15. Tural Məmmərzayev.Sarı vərəqələr: Elnur Cəfərov, 72. Şahban Cəbrayılov, 73.Qırmızı vərəqələr: Emin Zamanov, 33. Roman Hyseynov, 64.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər