FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, siyahıda 88-ci olan Azərbaycan yığması ötən ayla müqayisədə 19 pillə sıçrayıb..
Sentyabrın 12-də açıqlanan son siyahıda 315 xalı olan yığma hesabını 407 xala çatdırıb. Bu 92 xallıq inkişaf da ciddi irəliləyişə yol açıb.
UEFA reytinqində 39-cu olan yığmamızın inamla addımlamasına DÇ-2014-ün seçmə mərhələsinin son 2 matçısəbəb olub. Oktyabrın 11-də Şimali İrlandiyanı 2 cavabsız qolla yenən yığma 4 gün sonra Rusiya ilə bərabərə qalıb – 1:1.
Seçmə mərhələdə millimizlə eyni qrupda mübarizə aparan rəqiblərində mövqeyi dəyişib. 1036 xalı olan Portuqaliya 3 pillə geriləyərək, 14-cü yerə düşüb. Rusiya (874 xal) 4 pillə enərək, 19-cu yerə enib.
İsrail (515 xal) 66-cıdırsa,. Şimali İrlandiya yığması 399 xalla 4 pillə geriləyərək, 90-cı yerə düşüb. 247 xallı Lüksemburq isə 14 addım geri atmaqla 127-ci olub.
Reytinqdə ilk pillə dəyişməz qalıb. Belə ki, İspaniya 1513 xalla 1-ci yeri qoruyub. 1311 xala malik Almaniya isə 3-ü 2-yə dəyişib. 1266 xal Argentinanı3-cü yerə salıb.
Növbəti siyahı oktyabrın 28-də açıqlanacaq.
Fanat.az