Voleybol üzrə Türkiyə millisinin və “Vakıfbank”ın üzvü Bahar Toksoy evlənir. Fanat.az xəbər verir ki, türk idmançı “Vakıfbank”ın alman məşqçisi Covanni Quidetti ilə ailə həyatı qurmaq qərarına gəlib.
Cütlüyün nişan mərasimi avqustun 23-də keçiriləcək. Bahar və Covanninin toyu isə sentyabarın 20-nə təyin olunub.
Covanni Quidetti türk qızı ilə evləndiyi üçün xoşbəxt olduğunu bildirib: “Beş ildi Türkiyədə olduğum və türk idmanına xidmət etdiyim üçün qürur hissi keçirirəm. Həmçinin ailə həyatımı burda qurduğum üçün də xoşbəxtəm”.
Bahar Toksoy isə qərarı ilə bağlı bunları deyib: “Bu günə qədər bir çox uğuru birlikdə yaşadığım Covanni Quidetti ilə həyatımı birləşdirəcəyim üçün xoşbəxtəm. Bizə dəstək olan voleybol camiəsinə və idman ictimaiyyətinə təşəkkür edirik”.