Milli komandamızda iki itki

Milli komandamızda iki itki
AVRO-2015-in seçmə mərhələsi çərçivəsində Portuqaliyaya uduzan (0:2) milli komandamız iki itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Bernhard Lippert Abdulla Abatsiyev və Taşkın İlterin xidmətindən məhrum olub.
Hər iki futbolçu cəzalı duruma düşüb. UEFA-nın qaydalarına əsasən iki sarı vərəqə alan futbolçu növbəti oyunu buraxır.
Abdulla Makedoniya ilə qrupun ilk oyununun 40-cı dəqiqəsində cəzalanmışdı. Bu günkü matçın isə 37-ci dəqiqəsində sarı vərəqə alıb. Taşkına gəlincə, Makedoniya matçının 90+3-cü dəqiqəsində hakimin qəzəbinə tuş gələn futbolçu Portuqaliya ilə ggörüşün 90+2-ci dəqiqəsində sarı vərəqə görüb. Bununla da onların hər ikisi cəzalı duruma düşüb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər