17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib. Fanat.az xəbər verir ki, Mirbağır İsayevin yetirmələri Bosniya və Hersoqovina millisi ilə üz-üzə gəlib.
Belçikanın Eisden şəhərindəki “Patro Eisden” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 11-ci dəqiqədə Denis Zeriç açıb. 15 dəqiqə sonra Oruc İsmayılov bərabərliyi təmin edib. Hər iki komandanın xalları və top fərqi eyni olduğundan qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac yaranıb. Bu zaman daha dəqiq olan bosniyalılar 4:3 hesablı qələbə qazanaraq 2-ci pilləni tutblar. Millimizin heyətində Hacıağa Hacıyevlə Xəyal Əmirlinin zərbəsi dəqiq olmayıb.
Qrupun digər oyununda İsveçrə meydan sahibi Belçikanı sınağa çəkib. İlk iui turda birinci pilləni təmin edən belçikalılar bu dəfə uduzub - 0:1.
Beləliklə, Belçika ilə Bosniya və Hersoqovina 1-2-ci pillələri tutaraq elit-mərhələyə vəsiqə qazanıb. Millimiz isə ən yaxşı III yeri tutan 5 komandadan biri olub və elit mərhələyə çıxıb. Millimizdən başqa Ukrayna, Uels, İsrail və Şimali İrlandiya da ən yaxşı III yerin sahibləri kimi elit mərhələyə adlayıb.
Avropa çempionatı
Seçmə mərhələ
10-cu qrup, 28 oktyabr
Bosniya və Hersoqovina - Azərbaycan 1:1 (penalti - 4:3)
Qollar: Denis Zeriç, 11 Oruc İsmayılov, 26.
Bosniya və Hersoqovina: 1. Valentino Yoviç, 2. Sandi Huşiç, 3. Branko Bayiç, 4. Mato Staniç, 5. Nikola Qavriç, 7. Amar Sulyiç (11. Ermedin Demiroviç, 51), 8. Denis Zeriç, 9. Aydin Muyaqiç, 10. Zinedin Mustedanaqiç (k), 14 Mirza Mustafiç (18. Seyid Behram, 51), 16. Miyo Miletiç.
Ehtiyat oyunçular: 12. Dino Çizmiç, 6. Toni Nikiç, 13. Sandi Ayaniç, 15. Besim Şerbeciç, 17. Alan Deliç.
Baş məşqçi: Sakib Malkoceviç.
Azərbaycan: 1. Tural Osmanov, 2. Ruslan Bediyev, 5. Xəyal Əmirli, 6. Kazım Birkan, 7. Nicat Süleymanov, 8. Yusif Cəfərov (10. Ziya Əzizov, 80), 9. Qara Qarayev, 11. Oruc İsmayılov (21. Fərid Nəbiyev, 79), 13. Hacıağa Hacıyev (k), 14. Kənan Zülfüqarov, 22. Amin Seydiyev (15. Emin Quliyev, 80+4).
Ehtiyat oyunçular: 12. İsmayıl Muradov, 16. Elçin Əsədov, 19. Ravil Yusifli.
Baş məşqçi: Mirbağır İsayev.
Sarı vərəqələr: Mato Staniç, 31. Zinedin Mustedanaqiç, 39 - Xəyal Əmirli, 75.
Dəqiq olan penaltilər: Zinedin Mustedanaqiç, Mato Staniç, Seyid Behram, Ermedin Demiroviç - Ruslan Bediyev, Ziya Əzizov, Qara Qarayev.
Dəqiq olmayan penaltilər: Denis Zeriç - Hacıağa Hacıyev, Xəyal Əmirli.
Hakimlər: Rob Rocers, Mark Qavin (İrlandiya), Florian Lemayre, Jan Krieken (Belçika).
UEFA nümayəndəsi və hakim-inspektor: Emil Bozinovski (Makedoniya).
Eisden. "Patro Eisden" stadionu.
İsveçrə - Belçika 1:0
Qol: Ceremi Quqllemenot, 40.
Hakimlər: Neriyus Dunauskas, Aleksandr Radius (Litva), İazaros Dimitriadis, Atenasios Qyakos (Yunanıstan).
Beringen. "Minjstadion" stadionu.
| 1 | Belçika | 3 | 2 | 0 | 1 | 7-2 | 6 |
| 2 | Bosniya və Hersoqovina | 3 | 1 | 1 | 1 | 3-5 | 4 |
| 3 | Azərbaycan | 3 | 1 | 1 | 1 | 3-5 | 4 |
| 4 | İsveçrə | 3 | 1 | 0 | 2 | 2-3 | 3 |
Fanat.az