"Çoxlu qol epizodundan, penaltidən istifadə edə bilmədik, qapı tirinə dəyən topumuz var idi. Rəqib komandanı təbrik edirəm, düzdü, bu, göstərdiyi oyuna uyğun deyildi. Rəqib komanda sona qədər mübarizə apardı, onlar bu oyunda bizim səhvimizdən istifadə edib qol vumaq istəyirdilər və buna nail oldular. Top qapıya girməyəndə girmir". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan sonra (0:1) "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib.
Serb mütəxəssis "Sumnayıt"la oyunadək hazır olmağa çalışacaqlarını bildirib: "Növbəti oyun kubok oyunudu. “Sumqayıt”la qarşılaşmayadək komandanı hazırlamağa çalışağacam. Rauf Əliyev penalti vurmaq üçün seçilmişdi, milli komandanın oyunçusudu. Çempionat uzun marafondu, may ayında görəcəyik ki, biz haradayıq".
Pantiç formalaşdırılan heyətin ona məxsus olmadığını deyib: "Bu məğlubiyyət mənə çox təsir edir. “Neftçi” ilə oyunu yada salsaq, görərik ki, aparıcı tərəf biz idik, amma sonda məğlub olduq. Bizim komandada qol vurmaq çatışmır. Komandanın başına iyun ayında gəldim, seçilmiş futbolçular mənim seçimim deyil, komandaya hücümçu lazımdı. Yanvar ayında komandaya hücümçü dəvət edəcəyik. Komandamızda hər şey var, qol çatışmır".
Fanat.az