Erik Geretsin beyninə qan sızıb. Fanat.az xəbər verir ki, bu barədə belçikalı mütəxəssis özü məlumat verib.
Hazırda Qətərin "Lekviya" klubunu çalışdan Gerets 3 həftə bu ölkədə qalmalıdı: "Bir səhər yuxudan qalxanda sağ ayağımda ağrı hiss etdim. Komandanın həkiminə müraciət etdim. Ambulans çağıraraq məni xəstəxanaya apardı. Beyin qanaması keçirdiyimi dedilər. Belçikaya getmək istədim, amma mümkün olmadı. 3 həftə heç yerə gedə bilmərəm. Əgər əməliyyata ehtiyac olsa, bunu yalnız Belçikada etdirəcəm".
Fanat.az