Londra Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Tom Daley şok etiraf edib. Fanat.az xəbər verir ki, "10 metr platformadan tullanma" yarışlarında çıxış edən ingilis idmançı bir kişi ilə yaşadığını etiraf edib.
Daley bu barədə "Youtube"da yayımladığı videoda açıqlama verib: "Ötən yazda biri ilə tanış oldum və həyatım böyük ölçüdə dəyişdi. Bu məni çox xoşbəxt etdi. Hər şey əladı. Birlikdə yaşadığım insan bir kişidi. Həmişə belə bir şeyin olacağını düşünürdüm. Təbii ki, hələ də qızlara qarşı bir şeylər hiss edirəm. Amma hazırda bir kişi ilə birlikdəyəm və bundan daha xoşbəxt ola bilməzdim".
Fanat.az