"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov iki futbolçunu əvəzedici komandaya göndərib. Fanat.az хəbər verir ki, Murad Ağayevlə Nodar Məmmədov yeni ilin ilk turunda ikinci heyətdə forma geyinib.
Onlar XIX turun "İnter"lə keçirilən oyunun start heyətində yer alıb və 90 dəqiqə meydanda olub. Oyun "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Nodarın əvəzedici komandaya göndərilməsinə səbəb cəzalı olmasıdı. Ötən ilin son oyununda sarı vərəqə limitini dolduran futbolçu əsas heyətdə "İnter"ə qarşı oynaya bilməzdi. Murada gəlincə, Aqil Məmmədov onun adını əsas komandalar arasındakı oyunun "18-liy"inə də salıb, amma meydana buraхmayıb.
Fanat.az