Peru millisinin erməni əsilli baş məşqçisi Serxio Markaryan 2010-cu ildən çalışdığı iş yerindən qovulub. Fanat.az xəbər verir ki, buna səbəb sözügedən yığmanın DÇ-2014-ün seçmə mərhələsində uğursuzluğa düçar olmasıdı.
Peru seçmə mərhələ çərçivəsində keçirdiyi 16 matçdan sonra mübarizəni 15 xalla 7-ci pillədə başa vurub. Bu isə o deməkdi ki, Markaryanın komandası Braziliyada keçiriləcək mundialdan kənarda qalaraq azarkeşlərinin arzusunu gözündə qoyub.
Uruqvayın paytaxtı Montevideoda doğulan bu erməninin dünən 68 yaşını qeyd etdiyini də diqqətinizə çatdıraq. O, müxtəlif vaxtlarda 2 dəfə Paraqvay millisini və məşhur klublardan “Panatinaikos”u çalışdırıb.
Fanat.az