Transfer çalışmalarına start verən "Real"ın əsas hədəfi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Kral Klubu" "Mançester Siti"nin ulduzu Serxio Aqueroya göz dikib.
"Daily Star"ın xəbərinə görə, "Real" Dieqo Maradonanın kürəkəni üçün 60 milyon avro təklif etmək niyyətindədi. Xəbərdə iddia olunur ki, Kərim Benzema və Alvaro Moratadan başqa daha bir hücumçu istəyən Karlo Ançelotti məhz Aqueronun transferində israr edir.
Qeyd edək ki, 2011-ci ildə 38 milyon funt-sterlinqə "Atletiko"dan "Mançester Siti"yə keçən Aqueronun 2017-ci ilədək müqaviləsi var.
Fanat.az