Milli komandamız AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu Norveçə qarşı keçirəcək. Berti Foqtsun istefasından sonra başsız qalan yığmamızı matça Mahmud Qurbanov çıxaracaq.
Fanat.az-ın əldə etdiyi məlumata görə, müvəqqəti baş məşqçi Cihan Özkaranı qarşıdakı oyuna çağırmayacaq. Türkiyənin "Sivasspor" klubunda çıxış edən hücumçu cari mövsüm heç bir rəsmi oyunda meydana çıxmayıb. Berti Foqtsun İtaliya və Xorvatiya ilə oyunlara dəvət etmədiyi futbolçu Norveçlə matçdan da kənarda qalacaq.
Fanat.az