Milli komandamız AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu Norveçə qarşı keçirəcək. Berti Foqtsun istefasından sonra başsız qalan yığmamızı matça Mahmud Qurbanov çıxaracaq.
Müvəqqəti baş məşqçi artıq heyəti müəyyənləşdirmək üzrədi. Fanat.az-ın əldə etdiyi məlumata görə, Qurbanov Mahir Şükürovla Vaqif Cavadovu yığmaya qaytaracaq. Türkiyənin "Karşıyaka" və "Qaziantep BB" klublarında top qovan futbolçuları Berti Foqts son oyunlara çağırmamışdı. Bu dəfə isə onlar heyətdə yer alacaq.
Fanat.az