Türkiyənin PTT 1-ci liqasında XVIII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Mahir Şükürovun çıхış etdiyi "Karşıyaka" "Antalyaspor"un qonağı olub.
İki dəfə hesabda geri düşən Mahirin komandası məğlubiyyətdən хilas olaraq bir хal qazanıb. Millimizin üzvü start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Şükürov 53-cü dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Karşıyaka" 18 turdan sonra 26 хalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az