Türkiyənin PTT 1-ci liqasında XXII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Mahir Şükürovun çıхış etdiyi "Karşıyaka" "Orduspor"u qəbul edib.
Oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Autsayderlə oyunda əsasən yerli və gənc futbolçulara şans verən "Karşıyaka"nın baş məşqçisi Ayhan Akman Mahiri 66-cı dəqiqədə meydana buraxıb.
Qeyd edək ki, "Karşıyaka" 22 turdan sonra 33 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.az