Löv 100-ə çatdı

Löv 100-ə çatdı
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv yubiley matçına çıxır. Fanat.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu gün İtaliya ilə baş tutacaq yoldaşlıq oyununda komandanı 100-cü dəfə meydana çıxaracaq.
İndiyədək Lövün başçılığı altında 99 oyun keçirən almanlar 68 qələbə qazanıb, 16 heç-heçə edib və 15 dəfə məğlub olub. 53 yaşlı baş məqqçi bu uğuru ilə Almaniyanı dünya çempionu etmiş Zepp Herberger, Frans Bekkenbauer və Helmut Şkonu geridə qoyub.
100-cü oyundan öncə mətbuat konfransı keçirən Löv Almaniya Futbol İttifanının rəhbərliyinə və köməkçilərinə təşəkkür edib. Baş məşqçi İtaliya ilə yubiley oyunu barədə də fikir bildirib: "DÇ-2014-dən öncə ilk hazırlıq matçımızı İtaliyaya qarşı keçirdiyimiz üçün çox şadam. Onlar bizim beynəlxalq yarışlardakı ən böyük rəqiblərimizdən biridi. Biz meydana qələbə qazanmaq üçün çıxacağıq və 90 dəqiqə qələbə üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, sabah İtaliya və Almaniya tarixləri ərzində 34-cü dəfə qarşılaşacaq. Almanlar artıq 18 ildi bu rəqibə qalib gələ bilmir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər