Lippert nağılı burda bitdi: zirvə bizlik deyil

Lippert nağılı burda bitdi: zirvə bizlik deyil
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan yığması evdə meydana çıxıb.
Millimizin rəqibi Portuqaliya yığması olub. "Bayıl Arena"da keçilən qarşılaşmanın ilk yarısı 0:0 hesabı ilə başa çatsa da, ikinci yarıda qonaqlar iki qol vuraraq qələbə qazanıb. Hesabı 53-cü dəqiqədə Rikardonun ötürməsindən sonra Rafa Silva açıb. 64-cü dəqiqədə isə Rafael Querreyronun ötürməsini İvan Kavaleyro qola çevirib.
Qeyd edək ki, bu millimizin AVRO-2015-in seçmə mərhələsində 4-cü oyunu idi. İlk oyunda Makedoniya ilə evdə sülh bağlayan (0:0) komadamız ardınca səfərdə İsrailə biabırçı hesabla yenilmiş (2:7) və son matçda gözlənilmədən səfərdə Norveçə 3:1 hesabı ilə qalib gəlmişdi. Bu qarşılaşmayadək birinci pillədəki Portuqaliyanın 6, ikinci yerdəki millimizin 4 xalı var idi. Bernhard Lippertin yetirmələri qələbə qazanmaqla tarixində ilk dəfə qrup lideri ola bilərdi.
Yığmamız bu gün ikinci pillədəki yerini də itirə bilər. Belə ki, Bakı vaxtı ilə saat 20.00-da Norveçlə İsrail üz-üzə gələcək. Hər iki komandanın aktivində 6 xal var. Qələbə qazanan tərəf ikinci pilləyə yüksələcək. 
AVRO-2015
Seçmə mərhələ
15 oktyabr
Azərbaycan - Portuqaliya 0:2
Qollar: Rafa Silva, 53. İvan Kavaleyro, 64.
Azərbaycan: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Tərlan Quliyev, 4. Ürfan Abbasov, 6. Hacı Əhmədov, 9. Ağabala Ramazanov (17. Nurlan Novruzov, 76), 10. Abdulla Abatsiyev, 11. Tuğrul Erat, 14. İlqar Ələkbərov (7. Elşən Abdullayev, 61), 18. Taşkın İlter, 19. Mirhüseyn Seyidov (k) (16. Vadim Abdullayev, 87).
Ehtiyat oyunçular: 22. Orxan Sadıqlı, 15. Rəşad Eyyubov, 20. Kamil Hüseynov, 23. Fatih Şanlı.
Baş məşqçi: Bernhard Lippert.
Portuqaliya: 22. Joze Sa, 3. Tiaqo İlori, 4. Paulo Oliveyra, 7. Rikardo Esqayo, 8. Uilliam Karvalyo (k), 9. Rafa Silva, 11. Rafael Querreyro, 13. Betinyo (15. Rikardo, 65), 19. Tiaqo Silva (10. Luis Qustavo, 78), 20. İvan Kavaleyro, 21. Serxio Oliveyra (18. Bernardo Silva, 71), .
Ehtiyat oyunçular: 12. Luis Ribeyro, 5. Luis Martins, 14. Joao Mario, 17. Toze.
Baş məşqçi: Rui Jorge.
Sarı vərəqəlar: Abdulla Abatsiyev, 37. Taşkın İlter, 90+2 - Serxio Oliveyra, 70.
Hakimlər: Anti Munukka, Matti Heyninen, Jan-Peter Aravirta, Mattias Gestranius (Finlandiya).
"Bayıl Arena". Saat 16.00.

1

Portuqaliya

3

3

0

0

10-1

9

2

Azərbaycan

4

1

1

2

5-10

4

3

İsrail

2

1

0

1

7-5

3

4

Norveç

3

1

0

2

4-9

3

5

Makedoniya

2

0

1

1

1-2

1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər