U-21-in baş məşqçisi Bernard Lippert AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Makedoniyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, alman çalışdırıcı qələbədən danışmaq əvəzinə, bərabərliyi yaxşı nəticə sayacağını dilə gətirib:
"Makedoniyanın çox güclü komandası var. Amma mənə elə gəlir ki, biz oyunda heç-heçəyə ümid edə bilərik. Bu, bizim üçün kifayət qədər yaxşı nəticə olar. Son oyunlarımız bizdə əminlik yaradıb".
Fanat.az