Kriştiano Ronaldo: "Mən nə etmişəm?"

Kriştiano Ronaldo: "Mən nə etmişəm?"
"Zepp Blatter haqqında danışmaq istəmirəm. Bu hekayə bitdi". Fanat.az xəbər verir ki, bu sözləri Kriştiano Ronaldo deyib.
Bir müddət əvvəl FIFA prezidenti Zepp Blatter "Ballon d`Or" (ilin ən yaxşı futbolçusuna verilən mükafat) mükafatının favoritləri barədə danışarkən Lionel Messini tərifləmiş və Kriştiano Ronaldonu tənqid etmişdi. "Real"ın ulduzunun bu səbəbdən "Ballon d`Or"un təqdimat mərasiminə qatılmayacağı deyilir. Lakin portuqaliyalı ulduz bu barədə sualları cavablandırmaqdan imtina edib.
Ronaldo gəncliyi ilə bağlı danışarkən maraqlı açınlama verib: "16-17 yaşımdakı şəkillərə baxıram və "mən nə etmişəm" deyirəm. Çünki saçlarım qıvrım və rənglidi. "Mançester Yunayted"də oynayarkən "spagetti" kimi saçlarım var idi, özü də sarı rəngdə".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər