“Komandaların şansı bərabərdir”

“Komandaların şansı bərabərdir”

“Mariehamn”la keçirilən oyunda zədə almış “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov vəziyyətilə bağlı danışdı və UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Tromso” ilə baş tutacaq oyun haqqında fikirlərini bölüşdü.

-“Komandayla məşq edirəm, həkimlər də tez bir zamanda bərpa olmağım üçün əllərindən gələni edirlər. Hələlik ağrılar hiss edirəm və “Tromso” ilə oyunda meydançaya çıxacağımı bilmirəm. Meydançaya çıxmağı istəyirəm, lakin digər faktları da nəzərə almaq lazımdır.

Rəqibimiz fiziki keyfiyyətlərilə fərqlənir, Norveç klubunun heyətində hündürboylu futbolçular çoxdur. Onlar cinahlar vasitəsilə oyuna əsaslanan Britanya futbol tərzinə üstünlük verirlər. Amma hesab edirəm ki, bu rəqiblə oynamaq olar  və qələbə qazanmaq da mümkündür. Komandaların şansı bərabərdir, biz ilk görüşdə münasib nəticə əldə etməyə çalışmalıyıq”.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər