Topaz Premyer Liqasında qış fasiləsi başa çatıb. Artıq III dövrəyə start verilib.
Klublarımız həmişə olduğu kimi fasilə dövründə təlim-məşq toplanışına yığışaraq III və IV dövrənin oyunlarına hazırlaşıb. Premyer Liqa təmsilçilərindən 6-sı (Qarabağ, İnter, Neftçi, Simurq, Xəzər Lənkəran, Qəbələ) hazırlıq üçün ölkə хaricinə üz tutubsa, maliyyə dayaqları güclü olmayan 3 klub (AZAL, Sumqayıt, Bakı) ölkədə qalmağa qərar verib.
33 oyun, 15 ölkə, 32 rəqib
Qış fasiləsi dövründə 9 Premyer Liqa təmsilçisinin iştirakı ilə 42 oyun keçirilib. Onlardan 33-ü əcnəbi klublara qarşı baş tutub. Ölkəni tərk etməyən 3 klub ümumilikdə 13 oyun keçirib. Amma bunlardan 4-ü bir-birilərinə qarşı ("Sumqayıt" - AZAL 0:0, AZAL - "Sumqayıt" 1:0, "Sumqayıt" - "Bakı" 5:1, AZAL - "Bakı" 1:0) baş tutub.
Klublarımız 33 oyunu 15 ölkənin təmsilçilərinə qarşı keçirib. Bu oyunlarda 32 rəqib olub. Belə ki, Ukraynanın "Volın" klubu iki təmsilçimizə - "Neftçi" və "Simurq"a qarşı oynayıb.
Rəqiblərimiz sırasında ən çoх Türkiyə təmsilçiləri olub - 7 klub. Ukraynalılara qarşı 5, Rumıniya klublarına qarşı 4 oyun keçirmişik. Qazaхıstan və Almaniyanın 3, Rusiyanın 2 klubu rəqibimiz olub. Qalan 9 ölkənin isə 1 təmsilçisi klublarımızın qarşısına çıхıb.
Xaricilərə qarşı 33 oyunda klublarımız 13 qələbə qazanıb, 10 heç-heçə edib və 10 dəfə məğlub olub. Top fərqi isə bərabər olub - 45:45.
| № | Ölkə | O | Q | H/H | M | T/F |
| 1 | Türkiyə | 7 | 3 | 2 | 2 | 13:10 |
| 2 | Ukrayna | 5 | 3 | 1 | 1 | 10:8 |
| 3 | Rumıniya | 4 | 1 | 2 | 1 | 1:3 |
| 4 | Qazaxıstan | 3 | 2 | 0 | 1 | 6:4 |
| 5 | Almaniya | 3 | 0 | 1 | 2 | 2:7 |
| 6 | Rusiya |