Klub prezidenti göz yaşı tökdü - FOTOLAR

Klub prezidenti göz yaşı tökdü - FOTOLAR

Almaniyanın "Bavariya" klubunun illik konqressi keçiridib. Fanat.az xəbər verir ki, tədbirə klub prezident Uli Hoenessin göz yaşları damğa vurub.

Belə ki, ötən mövsüm Almaniya çempionluğunu, kubokunu və Çempionlar Liqasını qazanan "Bavariya" 113 illik tarixi ərzində ən çox gəlir əldə edib. Belə ki, klubun büdcəsinə 393 milyon avro daxil olub. Ümumi xərclərdən əlavə Münhen təmsilçisinə 14 milyon avro xeyir qalıb.

Uli Hoeness bu rəqəmləri elan edərkən sevincindən ağlamağa başlayıb. Konqress iştirakçıları isə prezidentə vergidən yayınmaqda ittiham olunan prezidentə alqışlarla dəstək veriblər.

Hoeness çıxışını "Vergi bəyannaməmi doğru bildirməyərək səhv etdim. Ədalətə inanıram. İcazə verilsə, ölənə qədər "Bavariya"ya xidmət edəcəm" sözləri ilə başa vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər