Dortmund "Borussiya"sının baş məşqçisi Yürgen Klopp klubuyla müqaviləsini yeniləyib.Fanat.az xəbər verir ki, Dortmund təmsilçisini yeni inkişaf mərhələsinə çatdıran çalışdırıcı2018-ci ilədək hazırki iş yerində fəaliyyət göstərəcək.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2008-ci ildən “Borussiya”nın “sükanı arxasında”dı. Klopp dönəmində “arılar” 2 dəfə Bundesliqanın qalibi olub.
Fanat.az