Futbol üzrə Türkiyə Kubokunun 3-cü tur oyunları keçirilib. Fanat.az xəbər verir ki, həmyerlimiz Davud Kəriminin şərəfini qoruduğu “Fethiyespor” “Bayrampaşaspor”u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanlı qolkiper Kərimi oyunu ehtiyat oyunçular skamyasından izləyib. Qələbə “Fethiyespor”u növbəti mərhələyə daşıyıb.
Fanat.az