Kaxaber Tsxadadze "Xəzər Lənkəran"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi cavab oyununun çətin keçəcəyini deyib:
"Hər zaman kubok oyunu çempionat oyunundan fərqlənir. Kubok titula gedən ən qısa yoldu. Önəmli futbol ölkələrində bəzən kuboka maraq göstərmirlər. Amma Azərbaycanda belə deyil. Qızğın mübarizə gedir. “Xəzər Lənkəran”ın futbolçularına və məşqçisinə təbrik düşür. Çünki onlar gənc olmalarına baxmayaraq, bizimlə ayaqlaşırdılar. Rəqibin səhvlərindən yararlandıq. Amma buna baxmayaraq, cavab oyunu çətin olacaq. Xüsusən də, oyunun əvvələri çətin keçəcək”.
Fanat.az