Kaxaber Tsxadadze: "Gözə gəldik"

Kaxaber Tsxadadze: "Gözə gəldik"

Kaxaber Tsxadadze "Sumqayıt"la (0:0) oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi gözə gəldiklərini bildirib: 

"Yaxşı oyun alındı. Məncə, Türkiyə toplanışından sonra həm özümüz, həm də mətbuat komanda barədə çox danışdıq. Belə demək mümkünsə, gözə gəldik. Penaltini ona görə Yohan vurdu ki, Baçana meydançada yox idi. Penalti vuranların sıralamasında Baçana birincidi. Amma mən penaltini qola çevirə bilməyən Yohanı qınamıram. Belə hallar olur. Komandadan getmə məsələm barədə danışmaq istəmirəm. Çünki mən çempionatın qarşıdakı oyunlarına köklənmişəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər