Kaxaber Tsxadadze AZAL-la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi komandasından razı qalıb:
"Oyundan da, nəticədən razı qaldım. “Bakı” ilə oyundan bu yana bizdə müsbətə doğru dəyişiklik var. Sevindirici haldı ki, futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırlar. AZAL-ın kollektiv ruhu var, bu cür komandaya qarşı oynamaq çox çətindi. Vaqif Sadıqov yaxşı komanda yaradıb. Bu günkü oyundan bilinirdi ki, biz uğur qazanacağıq. Komandamı təbrik edirəm".
Fanat.az