İker Kasilyas yeni mövsümdən komandasının kapitanı olacaq. Fanat.az xəbər verir ki, artıq təcrübəli qolkiper məzuniyyətini başa vuraraq məşqlərə dönüb.
Bazada Kasilyasla ilk olaraq Karlo Ançelotti ilə söhbətləşib. Baş məşqçi qapıçıya tam etimad göstərdiyini vurğulayaraq kapitanlıq sarğını ona qaytarıb.
Qeyd edək ki, ötən mövsüm zədələndikdən sonra əsas heyətdə yerini itirən Kasilyası kapitan kimi Serxio Ramos əvəz edirdi.
İdman24.az