İker Kasilyas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Fanat.az xəbər verir ki, "Mançester Siti" rəhbərliyi "Real"ın qapısını transfer etmək istəyir.
İspaniya mətbuatının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində keçirilən bir toplantıya qatılan iki klubun rəhbərliyi bu məsələni müzakirə edib. "Mançester Siti"nin baş məşqçisi Manuel Pellegrininin "Real"a rəhbərlik etdiyi dövrdən (2009-2010) tanıdığı Kasilyası israrla istədiyi bildirilir.
Qeyd edək ki, "Real"la 2017-ci ilin 30 iyununadək müqaviləsi olan 32 yaşlı qapıçı bir müddət əvvəl komnadanı tərk edə biləcəyini demişdi.
Fanat.az