Kapello: “Çoxlu səhvlər buraxmışdıq, hirsli idim”

Kapello: “Çoxlu səhvlər buraxmışdıq, hirsli idim”

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində son oyununu “Bakcell Arena”da yığmamıza qarşı keçirən və evə 1 xalla dönən (1:1) Rusiya yığmasının baş məşqçisi Fabio Kapello sosial şəbəkə vasitəsilə azarkeşlərin suallarını cavablandırıb. Fanat.az. xəbər verir ki, “twitter”də dünyanın hər yerindən olan fanatlarla ünsiyyət quran mütəxəssis Azərbaycan – Rusiya qarşılaşmasından da danışıb.

 

O, 1:0 hesabı ilə öndə olduqları matçda qələbəni son dəqiqələrdə əldən vermələrinə qəzəbləndiyini açıqlayıb: “Dünya çempionatının final mərhələsinə yüksələndə, bir az hirsli idim. Çünki Azərbaycanla oyunda çoxlu səhvlər buraxmışdıq”.

 

 Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər