Kanales zədələndi - FOTO

Kanales zədələndi - FOTO
"Neftçi"nin sabiq üzvü Nikolas Kanales zədələnib. Fanat.az xəbər verir ki, Çilinin "Kolo Kolo" klubunda top qovan hücumçu "Union La Kalera" oyunda zədə alıb.
Meydana start heyətində çıxan Kanales 37-ci dəqiqədə rəqib qapısına yol taparaq matçın yekun nəticəsini müəyyənləşdirib - 2:0. Amma o, oyunu başa çatdıra bilməyib. Belə ki, ikinci yarıda zədə alan forvard meydanı tərk etməli olub. Həkimlərin rəyinə əsasən Kanales bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Kolo Kolo"da 6 oyun keçirən Kanales 3 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər