Kamran Ağayevin son durumu nə yerdədi?

Kamran Ağayevin son durumu nə yerdədi?

Azərbaycan yığmasının və “Bakı”nın qapıçısı Kamran Ağayev cərahiyyə əməliyyatının ardından bərpa prosesi keçməkdədi.  Fanat.az xəbər verir ki, qolkiperin 10 gündən sonra yüngül qaçışlara başlaması gözlənilir.

 

Ancaq Ağayevin yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı bəlli deyil. Həkimlər qapıçı yüngül məşq hərəkətlərinə start verəndən sonra inkişaf tempinə uyğun olaraq onun tam gücüylə məşqlərə başlaya biləcəyi tarixi açıqlayacaqlar.

 

Kamran DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan – Rusiya matçında (1:1) zədələnmiş və  Türkiyədə cərrah masasına uzanmalı olmuşdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər