Kamran Ağayevlə danışıqlar aparan "Adana Dəmirspor" klubu yeni qapıçı qatıb. Fanat.az хəbər verir ki, PTT 1-ci liqa klubu Budimir Yanoseviçti heyətinə qatıb.
Serbiyanın "Spartak" klubundan transfer edilən 25 yaşlı qolkiperlə yanaşı, Uruqvayın "Liverpul" klubundan hücumçu Qustova Alles transfer edilib. Hər iki futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, "Adana Dəmirspor" Kamran Ağayevi transfer etmək istəyirdi. Hətta tərəflər anlaşma əldə etdmişdi. Lakin son anda qərarını dəyişən qolkiper "Kayserispor"la müqavilə imzaladı.
Fanat.az