Kamanan 102 gündən sonra...

Kamanan 102 gündən sonra...
"Qəbələ"nin futbolçusu Yannik Kamanan susqunluğuna son qoyub. Fanat.az xəbər verir ki, fransalı hücumçu uzun müddətdən sonra qol vurub.
"Rəvan"la oyunda meydana start heyətində çıxıb və 26-cı dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb. Kamanan sonuncu dəfə 3-cü turda - avqustun 19-da "Sumqayıt"la səfər matçında fərqlənmişdi.
Həmin matçın 12-ci dəqiqəsində qol vuran hücumçv dünənki qarşılaşmanın 26-cı dəqiqəsindək meydanda olduğu 257 dəqiqədə rəqib qapılarına yol tapa bilməmişdi. Bir sözlə, Yannik 102 gündən sonra qol sevinci yaşayıb.
Qeyd edək ki, Kamanan "Qəbələ"nin heyətində 2011/12 mövsümündə 9, 2012/13-də isə 5 qol vurub. Cari mövsümdə isə o, hələlik 2 dəfə fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər