Jardel qocalmaq istəmir

Jardel qocalmaq istəmir
Bir dönəm "Qalatasaray", "Portu" və "Sportinq" kimi Avropanın tanınmış klublarında forma geyinmiş Mario Jardel futboldan doymur. Fanat.az xəbər verir ki, 2000/01 mövsümündə Türkiyə klubunda sərgitlədiyi oyunla azarkeşlərin sevimlisinə çevirilən "Super Mario" ləqəbli futbolçu 40 yaşında yeni müqavilə bağlayıb.
Belə ki, Jardel Braziliyanın həvəskarlar liqasında çıxış edən "Vila Nova" klubu ilə anlaşıb. Yeni komandasının heyətində məşqlərə başlayan futbolçunun gəlişi şəhərdə həyacana səbəb olub. 40 yaşı olmasına rəğmən hələ də normal səviyyədə oynayan Jardel "Məni bura dostlarım çağırdı. Onlara kömək etməyə gəlmişəm" deyib.
Qeyd edək ki, "Qalatasaray"la Avropa Super Kubokunu qazanan Jardel "Real"a vurduğu qolla bütün dünyada özündən söz etdirmişdi. Karyerası ərzində 11 müxtəlif ölkədə 20 klubun formasını geyinən braziliyalı bir çox ölkədə çempion olub, "Portu" və "Sportinq"də Avropanın "Qızıl buts" mükafatını qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər