Çixradze: "Tsxadadzenin nə dediyini eşitməmişəm"

Çixradze: "Tsxadadzenin nə dediyini eşitməmişəm"
Georgi Çixradze "İnter"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un gürcü baş məşqçisi komandasından razı qalıb:
"Fikrimcə çox maraqlı və sürətli oyun oldu. Çoxlu qol imkanları yaratdıq. Bu oyunda yalnız qol çatışmadı. Komandam yaxşı oyun göstərdi, mübarizə apardı, hər birinə təşəkkür edirəm. Oyun boyu topa yaxşı nəzarət etdik, sürətıi hücumlar qurduq. Çempionatın 2-ci dövrəsi təzə başlayıb. Getdikcə oyunumuzu təkmilləşdirməliyik, Avrokuboklar haqqında düşünmək hələ tezdi. Rəqib komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin oyun bitdikdən sonra nə dediyini eşitməmişəm. Oyun zamanı da, oyundan sonra emosiyalar olur".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər