"Rəvan" bir futbolçusunun xidmətindən məhrum olub. Fanat.az xəbər verir ki, İvan Pexa AZAL-la oyunu buraxmalı olacaq.
Buna səbəb slovakiyalı müdafiəçinin vərəqə limitini doldurması olub. "Qəbələ" ilə oyunun 14-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Pexa cəzalı duruma düşüb.
Qeyd edək ki, İvan IX turda "Xəzər Lənkəran"la matçın 62-ci (perpektivli hücumun qarşısını aldığına görə),
X turda "Neftçi" ilə görüşün 81-ci (qeyri-idman hərəkəti) və XI turda "Bakı" ilə qarşılaşmanın 35-ci (qeyri-idman hərəkəti) dəqiqəsində sarı vərəqə almışdı.
Fanat.az