21 yaşadək futbolçular arasında Avropa çempionatının semə mərhələsində növbəti oyunları keçirilir. Fanat.az xəbər verir ki, milli komandamızın yer aldığı 8-ci qurupda bu gün daşha bir matç baş tutub.
Həmin qarşılaşmada İsrail Norveçin qonağı olub. Qonaq komanda səfərdə 3:1 hesablı qələbə qazanıb. Bununla da İsrail millimizi ikinci pillədən üçüncü yerə endirib.
Qeyd edək ki, yığmamız bu gün Portuqaliyaya 0:2 hesabı ilə uduzub.
| 1 | Portuqaliya | 3 | 3 | 0 | 0 | 10-1 | 9 |
| 2 | İsrail | 3 | 2 | 0 | 1 | 10-6 | 6 |
| 3 | Azərbaycan | 4 | 1 | 1 | 2 | 5-10 | 4 |
| 4 | Norveç | 4 | 1 | 0 | 3 | 5-12 | 3 |
| 5 | Makedoniya | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
Fanat.az