İngilislər rus irqçiləri nəzarətə götürüb

İngilislər rus irqçiləri nəzarətə götürüb

“Mançester Siti” bu gün Çempionlar Liqasında öz meydanında qəbul edəcəyi ÇSKA (Moskva) fanatlarını nəzarətdə saxlamağı planlaşdırıb. Fanat.az xəbər verir ki, “şəhərlilər” bu gecə Mançesterdə baş tutacaq Çempionlar Liqasının oyununda qonaq tərəfdarların – rus fanatların əyləşdiyi sektorda səsləndiriləcək şüarları tərcüməçilər vasitəsi ilə aydınlaşdırmaqda qərarlıdı.

 

Xatırladaq ki, tərəflərin Moskvadakı oyununda yerli azarkeşlər İngiltərə təmsilçisinin qaradərili futbolçusu Yaya Tureyə qarşı irqçi şüarlar səsləndirmişdi. Ardından isə UEFA Rusiya klubunu cəzalandırmağı özünə borc bildi. Belə ki,  şimal qonşularımızın ÇL çərçivəsində “Bavariya” ilə keçirəcəyi ev oyununda stadionun tribunalarından biri boş qalacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər