Çin klubu Droqbaya 12 milyon avro verəcək

Çin klubu Droqbaya 12 milyon avro verəcək
Çinin "Şanxay Şenhua" klubu keçmiş futbolçusu Didye Droqbaya 12 milyon avro təzminat ödəyəcək. Fanat.az xəbər verir ki, bununla bağlı FIFA qərar qəbul edib.
Kot`D-İvuar yığmasının üzvü ötən mövsüm Çin təmsilçisinin ona verəcəyi maaşı ödəmədiyi üçün "Qalatasaray"la müqavilə imzalamışdı. "Şanxay Şenhua" isə Droqbadan təzminat qiymətini tələb etmiş və oyunçu ilə yanaşı, "Qalatasaray"ı da şikayət etmişdi. Bu məsələ ilə bağlı qərarını verən FIFA isə təcrübəli futbolçusunun haqlı olduğunu bildirib və Çin təmsilçisindən Droqbaya 12 milyon avro ödənilməsi tələb edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər