Topaz Premyer Liqasının 12-ci turu paytaxt derbisi ilə əlamətdar olacaq. Fanat.az xəbər verir ki, son turlarda inamlı çıxışı ilə irəliləyişə nail olan “İnter” geridə qalan 11 tur ərzində hamıdan çox - 21 qol buraxan “Rəvan”ı sınağa çəkəcək.
Paytaxt derbisinə “İnter” aşkar üstünlüklə çıxacaq. Kaxaber Tsxadadzenin yetirmələri indiyədək 5 dəfə qarşılaşdığı rəqibini həmişə məğlub edib. Xala həsrət qalan “Rəvan” səfərdə rəqibinin qapısına yol tapa bilmir.
2 noyabr
İnter (Bakı) - Rəvan (Bakı)
+5=0-0, top fərqi 12-2
| 30.10.2011 | Rəvan (Bakı) - İnter (Bakı) | 1:2 |
| 07.03.2012 | İnter (Bakı) - Rəvan (Bakı) | 1:0 |
| 04.10.2012 | Rəvan (Bakı) - İnter (Bakı) | 0:2 |
| 02.12.2012 | İnter (Bakı) - Rəvan (Bakı) | 2:0 |
| 25.08.2013 | Rəvan (Bakı) - İnter (Bakı) | 1:5 |
Fanat.az