İK “qılıncını siyirdi”

İK “qılıncını siyirdi”

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 9-cu turunun oyunları ilə də bağlı qərarlar çıxarılıb:

 

“Rəvan” –  “Xəzər Lənkəran” matçında “Rəvan”ın 4, “Xəzər Lənkəran”ın 5  futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 500 manat cərimə olunublar. Oyunun 60-cı dəqiqəsində “Xəzər Lənkəran”ın məşqçisi Məhərrəm Bağırzadə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 2500 manat “tərləyəcək”.

 

“Qəbələ” – “Neftçi” matçının 77-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1000 manatından keçəcək.

 

“Qarabağ” –  “Bakı” matçının 85-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Təmkin Xəlilzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Bakı”nın futbolçusu Ülvi Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər