İdmançımız universiadanın bürüncünə yiyələndi

İdmançımız universiadanın bürüncünə yiyələndi
Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadasında Azərbaycanı və "Qəbələ" İdman Klubunu sambo növündə təmsil edən Emil Həsənov uğurlu çıxışla yadda qalıb.
İdmançımız  68 kq çəki dərəcəsində 3-cü yerə sahib olub. O, müvafiq olaraq Eldiyar Jarkınbayı (Qırğızıstan) və Katalin Bratuleskunu (Rumıniya) üstələyib, yarımfinala yüksəlib. Burada isə təmsilçimiz yerli idmançı Denis Davudova uduzub. Həlledici - bürünc medal uğrunda yarışda isə Həsənov koreyalı idmançı Min Suk Yunqu məğlub edib və universiadanın medalçılar sırasına adını yazdırıb.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər