İyulun 12-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürəcək. Nüfuzlu reqatada Azərbaycanı 1 idmançı təmsil edəcək.
Bu, 23 yaşadək akademik avarçəkənlər arasında 2010-cu il dünya çempionatının finalçısı Cavid Əfəndiyevdir. O? 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Əfəndiyev Lütsernə məşqçi Samir Məmmədovun rəhbərliyi altında yollanıb.
Qeyd edək ki, 3 gün davam edəcək Dünya Kubokunda 43 ölkədən 650 avarçəkən mübarizə
İdman24.az