PSJ-nin futbolçusu Zlatan İbrahimoviç "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo haqqında danışıb.
Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, isveçli oyunçu Ronaldonun PSJ-yə gəlməsinin məntiqli ola biləcəyini deyib:
"O, dünyanın ən yaxşı futbolçularından biridir. PSJ ilə adının hallanması normaldır. Çünki klubun əsas məqsədi Avropanın ən yaxşı klubu olmaqdır. Buna görə də komandaya ən yaxşı oyunçularını gətirməyə çalışırlar. Ronaldo dünyanın ən yaxşı futbolçularından biridir, amma ən yaxşısı deyil".
Qeyd edək ki, "Real" bu gün PSJ ilə hazırlıq matçında üz-üzə gələcək.
İdman24.az