Çempionlar Liqasında PSJ-nin "Anderlext"ə 5:0 hesabı ilə qalib gəldiyi matçda 4 qol vuran Zlatan İbrahimoviç "dördlər klubu"na düşüb. Fanat.az xəbər verir ki, isveçli ulduz turnirin tarixi ərzində bir matçda 4 qol vuran 10-cu futbolçu olub.
Çempionlar Liqasında 4 qol vuran ilk isveçli futbolçu olan İbra eyni zamanda 19 dəqiqə ərzində 3 dəfə fərqlənərək turnir tarixində ən sürətli het-trik müəllifi kimi tarixə düşüb.
Oyundan sonra performansı barədə danışan 32 yaşlı futbolçu "üçüncü qolumu çox bəyəndiyimi etiraf etməliyəm. Uzaq məsafədən vurulan gözəl bir qol oldu. Zamanında hərəkət edim və vurulması çox çətin bir zərbə idi" deyib.
Qeyd edək ki, Çempionlar Liqasında bir matçda 5 qol vuran yeganə futbolçu "Barselona"nın ulduzu Lionel Messidi. Argentinalı ulduz 2011/12 mövsümündə "Bayer"i 7:1 hesabı ilə yendikləri matçda 5 dəfə fərqlənərək "bir matçda ən çox qol vuran oyunçu" statusunu qazanmışdı.
Çempionlar Liqasında 4 qol vuran futbolçular:
1. Marko van Basten (Hollandiya), Milan - Göteborq 4:0 (1992-93)
2. Simone İnzaqi (İtaliya), Latsio - Olimpik Marsel 5:1 (1999-2000)
3. Dado Prso (Xorvatiya), Monako - Deportivo 8:3 (2003-04)
4. Ruud van Nistelrooy (Hollandiya), Mançester Yunayted - Sparta 4:1 (2004-05)
5. Andrey Şevçenko (Ukrayna), Fənərbaxça - Milan 0:4 (2005-06)
6. Lionel Messi (Argentina), Barselona - Arsenal 4:1 (2009-10)
7. Bafetimbi Qomis (Fransa), Dinamo - Olimpik Lion 1:7 (2011-12)
8. Mario Qomes (Almaniya), Bavariya - Bazel 7:0 (2011-12)
9. Robert Levandovski (Almaniya), Borussiya Dortmund - Real 4:1 (2012-13)
10. Zlatan İbrahimoviç (İsveç), Anderlext - PSJ 0:5 (2013-14)
Fanat.az