İbrahimoviç: "DÇ-də Ronaldodan çox məni görmək istəyirlər"

İbrahimoviç: "DÇ-də Ronaldodan çox məni görmək istəyirlər"
"Dünya çempionatının Ronaldudan çox mənə ehtiyacı var". Fanat.az xəbər verir ki, bu sözləri İsveç milli komandasının futbolçusu Zlatan İbrahimoviç deyib.
İsveç və Portuqaliya yığması DÇ-2014-ə vəsiqə uğrunda pley-off oyununda qarşılaşacaq. İbrahimoviç rəqibin futbolçusu Kriştiano Ronaldo ilə müqayisədə azarkeşlərə daha çox emosiya bəxş etməyə qadir olduğunu söyləyib: "Mənim vura bildiyim qollar da heç kimdə alınmayacaq. Hesab edirəm ki, futbol azarkeşləri Braziliyada məhz məni görmək istəyirlər. Amma oyunçu kimi Ronaldoya hörmətim var, onun ən yaxşılardan olduğuna əsla şübhəm yoxdu". 
Qeyd edək ki, Portuqaliya və İsveç arasındakı ilk oyun noyabrın 15-də olacaq. Cavab görüşü isə noyabrın 19-da İsveçdə baş tutacaq. İki oyunun nəticəsində qalib komanda 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər