İbrahim Uzunca "Neftçi" ilə oyunla (1:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi baxımlı oyunun baş tutduğunu deyib:
"Çox baxımlı oyun izlədik. Qarşılaşmada gözəl qolların şahidi olduq. İndiki durumda "Neftçi" daha güclü komandadı. Amma onlardan geri qalmırdıq. 1:1 hesabından sonra yenə qol vura bilsəydik, oyunda xal qazanmaq mümkün olardı".
Fanat.az