İbrahim Uzunca "Xəzər Lənkəran"la oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi hakimlikdən narazı qalıb:
“Oyuna biz hakimlik edirdik. Lakin ilk qolu biz buraxdıq. Sonradan toparlansaq da, məğlub olduq. Buna baxmayaraq, oyundan və mübarizədən razıyam. Sadəcə, mənim xahişim odu ki, hakimlər diqqətli olsunlar, təkcə bizim oyunlarda yox, bütün oyunlarda”.
Fanat.az