PSJ-nın hücumameyilli yarımmüdafiəçisi Marko Verratti komanda yoldaşı Zlatan İbrahimoviçin oyununa münasibət bildirib. Fanat.az xəbər verir ki, Verratti Çempionlar Liqasının 3-cü turu çərçivəsində keçirilən oyunda səfərdə “Anderlext”in qapısından 4 top keçirən İbranın çıxışına təəccübləndiyini vurğulayıb:
“Sadəcə, deməyə söz tapmıram.Zlatan onu hər gün görən, birgə məşq etdiyi komanda yoldaşlarını da təəccübləndirməyi bacarır. 3-cü qoldan sonra rəqib komandanın fanatlarının da İbrahimoviçi alqışladığını görmək qəribə hisslərə meydan verdi”.
Fanat.az